İsmayıllı rayonunun Talıstan kəndində yanğın hadisəsi baş verib. Bu haqda ShimalNews 5 yanvar tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.
Ümumi sahəsi 36 kv.m. olan köməkçi tikili yanıb. FHN-in əməkdaşları tərəfindən yaxınlıqdakı ərazi yanğından mühafizə olunub. Alov söndürülüb.