İsmayıllı rayonunda məhkəmə işçilərinin iştirakı ilə ağacəkmə aksiyası keçirilib. Bu barədə ShimalNews 22 aprel tarixində Ədliyyə Nazirliyinə istinadən məlumat verir.
Aksiya ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunub. Burada Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən İlqar Hüseynov və məhkəmənin kollektivi, yerli ədliyyə qurumlarının əməkdaşları rayonun iqliminə uyğun meyvə və şam ağacları əkiblər.
Daha sonra həmin bitkilər suvarılıb, onların inkişafı üçün münbit torpaq və mineral gübrələrdən istifadə olunub. Ağacların mühafizəsi və mütəmadi qulluq göstərilməsi məqsədilə zəruri tədbirlər görülüb.