İsmayıllının icra başçısı sakinləri qəbul edib. Bu barədə ShimalNews 21 aprel tarixində İcra Hakimiyyətinə istinadən məlumat verir.
Görüş zamanı Nahid Bağırov vətəndaşların müraciət və təkliflərini dinləyib. Onların ünvanladıqları məsələlərin həlli üçün tədbirlər görüləcəyi diqqətə çatdırılıb.
Tədbirdə RİH-nin əməkdaşları, rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər. N.Bağırov onlara sakinlərin qaldırdıqları məsələlərin operativ həllinin vacib olduğunu bildirib.