Bu gün saat 10:30-da İsmayıllıda “Təhsilalanların etik davranış normaları” adlı növbəti təlim keçiriləcək. Bu haqda ShimalNews 15 dekabr tarixində GİKM-ə istinadən məlumat verir.
Tədbir İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliyinin birgə təşkilatçılığı ilə baş tutacaq.
Mərkəzin layihələr və tədbirlər üzrə mütəxəssisi Günel Alızadə tərəfindən gənclərə mövzu ilə bağlı ətraflı məlumat veriləcək.
Məkan: İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi.