İsmayıllı rayonunda fındıq yığımı başa çatıb. Bu il məhsul bol olub. Bu haqda ShimalNews 11 noyabr tarixində Azərtac-a istinadən məlumat verir.
Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, İsmayıllıda 313 ton məhsul yığılıb. Rayon üzrə 2095 hektar fındıq bağı var. Onların 80 hektarı bar verir.
Ən çox fındıq bağları Topçu və Qalınçaq kəndləri, İsmayıllı şəhər icra nümayəndəliklərinin ərazilərində var. Yığılan məhsul yerli bazarlarda satılır.