İsmayıllıda bir sıra çayların sahilləri tullantılardan təmizlənib. Bu barədə ShimalNews 12 iyun tarixində şəhər RİH-yə istinadən məlumat verir.
Aksiyada İsmayıllı Rayon İcra Hakimiyyətinin, 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzinin, Şahdağ Milli Parkının, Hidrometeorologiya müəssisəsinin, Suvarma Sistemləri İdarəsinin və Talıstan Bələdiyyəsinin əməkdaşları, həmçinin İsmayıllı gəncləri də fəal iştirak ediblər.
Toplanmış tullantılar xüsusi nəqliyyat vasitəsilə poliqona daşınıb. Görülən işlərin təşkilatçılığı ETSN və RİH tərəfindən təmin olunub.
Tədbirin keçirilməsində məqsəd ekoloji vəziyyətin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaq və bu sahədə ictimaiyyətlə əməkdaşlığı gücləndirməkdir.