top
İsmayıllıda atasından hamilə qalan 13 yaşlı qızla bağlı dəhşətli TƏFƏRRÜAT
05 noyabr 2024, 17:36
- ↺ +

İsmayıllıda atasından hamilə qalan 13 yaşlı qızla bağlı dəhşətli TƏFƏRRÜAT

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İsmayıllı rayonunda yetkinlik yaşına çatmayan Samirə Qasımova (ad şərti) ilə cinsi əlaqədə olan Habil Qasımovun (ad şərtidir) həbsi ilə bağlı təfərrüatlar məlum olub.

Shimal.News-un əldə etdiyi məlumata görə, Habil Qasımov 1980-cı ildə İsmayıllı rayonunun Gəndov kəndində anadan olub.

O, 2022-ci ildə cəzaçəkmə müəssisəsindən azad olunaraq İsmayıllıda yerləşən öz evinə qayıdıb. Həmin ilin iyulunda onunla eyni evdə birgə yaşayan 13 yaşlı qızına qarşı seksual hərəkətlər etməyə başlayıb. Bu hərəkətlərlə qızından istifadə edərək öz cinsi ehtirasını təmin edib. Daha sonra iyul ayının sonlarına yaxın bu hərəkətləri təkrarlayıb və 13 yaşlı qızı ilə cinsi əlaqədə olub. Həmin gündən 2023-cü ilin dekabr ayının sonlarına kimi azyaşlı qızı ilə mütəmadi olaraq qəsdən cinsi əlaqədə olub və seksual xarakterli digər hərəkətlər edib. 2024-cü ildə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında müayinə zamanı 13 yaşlı qızın 34 həftəlik hamilə olması müəyyən edilib.

Habil Qasımov Cinayət Məcəlləsinin 152.4.1-ci (14 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma – Onu tərbiyə etmək funksiyasını daşıyan şəxs tərəfindən törədilməklə) maddəsinə əsasən təqsirli bilinib.

Məhkəmə istintaqı Şəki Ağır Cinayətlər Məhkəməsində Rafail Əliyevin sədrliyi ilə aparılıb.

Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Habil Qasımov hadisə üzrə özünü təqsirli bilməyib:

“Hadisədə özümü təqsirli bilmirəm. Leyla mənim qızımdır. Leylanı məktəbə göndərib, ona namaz qılmağı öyrətmişəm. 2018-ci ildə mən həbsdə olanda arvadım türmə yoldaşıma ərə getdi. Halbuki, Tahirə mənim nikahlı arvadım idi. Həbsdən çıxıb evə gedəndə qayınanama zəng edib, uşaqları görmək istədiyimi dedim. Sonra uşaqlarımı yanıma gətirdim. Qızım məktəbdə oxuyurdu, əgər ona qarşı əxlaqsız hərəkət etmiş olsaydım, necə məktəbə göndərə bilərdim? Mən şərəfsiz biri deyiləm ki, qızıma qarşı belə bir şey edim. Uşağın qan analizi alınsın və nəticələri məhkəməyə göndərilsin. Çünki mənim qanımda bir çox xəstəlik var. Görək həmin xəstəlik qızın qanında çıxacaqmı? Samirənin ifadəsində göstərdikləri yalandır”.

Məhkəmə istintaqı zamanı Habil Qasımov verilən suallara cavab olaraq bildirib ki, uşağın kimdən hamilə qaldığını anası yaxşı bilir:

“Samirəni öyrədən anasıdır. Uşaq anasıgilə gedib-gəlirdi. Nə olubsa, orada olub. Qızımla ayrı-ayrı otaqlarda yatırdıq. Samirə daimi evdə olurdu. Onun qarnının böyüdüyünü görməmişəm”.

Məhkəmə istintaqında qanuni nümayəndəsi vasitəsi ilə zərərçəkmiş Samirə Qasımova dindirilib. Yetkinlik yaşına çatmayan qız məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək, deyib:

“Atam, nənəm və qardaşımla birlikdə yaşayırdıq. Atam həbsə düşəndə, anam dolanışığa görə bizi bir həftə Ağsu rayonunun Bəyimli kəndində yaşayan baba və nənəmin yanına göndərib. Daha sonra anam məni qardaşımla Bakı şəhəri, Binəqədi rayonu Sulutəpə qəsəbəsinə apardı, orada həyət evində kirayə yaşamağa başladıq. Anamın Nicat adlı şəxslə yaxından əlaqəsi var idi. Bizə tez-tez gəlib gedirdi. Atam həbsdən çıxdıqdan sonra nənəm bizi rayona, onun yanına apardı. Atamla ata-bala kimi qucaqlaşıb yatırdıq. Atama qarşı hər hansı bir sevgi hissim olmayıb. Zaman keçdikcə atamın mənim cinsi orqanıma toxunduğunu, özünü mənə sürtdüyünü hiss etdim. Atam bu barədə kiməsə məlumat verəcəyim halda məni döyəcəyini dedi. Qorxduğum üçün heç kimə heç nə demədim. Anamla danışmağı mənə qadağan etdi. Bir müddət sonra qardaşımla nənəm yatanda atam yanıma gəldi. Zorla mənimlə cinsi əlaqədə oldu. Bu andan başlayaraq bir müddət atamın istəyi ilə onunla cinsi əlaqədə oldum. Bir müddət sonra qarnımın şişdiyi üçün hamilə qaldığımı anladım. Atama bunu dedim. O, mənə “səni xəstəxanaya apara bilmərəm, işin üstü açılar, səndən gələcəkdə kimsə bu barədə soruşsa, deyərsən ki, atamın türmə yoldaşı Rəhim mənimlə cinsi əlaqədə olub” dedi.

Məktəbə gedəndə müəllimlərin təkidlə üst gödəkçəmi çıxaranda hamilə olduğumu gördülər. Mən də atamın dediyi kimi Rəhimin mənimlə cinsi əlaqədə olduğunu dedim”.

Məhkəmə istintaqı zamanı məlum olub ki, bu ilin fevralın 15-i icra hakimiyyətinin işçiləri onların yaşadığı evə gəlib və qızı müayinə etmək üçün İsmayıllı rayon mərkəzi xəstəxanasına aparıblar. Müayinə zamanı Samirə Qasımovanın 34 həftəlik hamilə olduğu müəyyən edilib.

Ekspertiza rəyində isə yeniyetmənin bətnindəki dölün H. Turabovdan olması qeyd edilib.

Məhkəmə-psixoloji ekspertizasının rəyinə əsasən, təqsirləndirilən şəxsdə hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmayıb.

Sonda məhkəmənin yekun qərarı ilə Habil Qasımov 9 il müddətində azadlıqdan məhrum edilib. O, azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 37-ci günü: XRONİKA

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Hadisə
31 oktyabr 2026, 20:38

Anbardar iş adamını aldatdı - 1 milyon manatlıq dələduzluq

Cəmiyyət
31 oktyabr 2026, 19:38

Qusarlı şagird beynəlxalq yarışmada qızıl medal qazandı

Cəmiyyət
31 oktyabr 2026, 18:36

Şəhidlərin xatirəsinə minlərlə addım: Şəhid nəvəsi Qubadadır

Hadisə
31 oktyabr 2026, 18:00

İsmayıllıda oğul içkili atasını öldürdü

Cəmiyyət
31 oktyabr 2026, 17:20

MKA "Apple" cihazlarında təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə növbəti dəfə xəbərdarlıq edib

İdman
31 oktyabr 2026, 16:30

Zaqatalalı idmançı ikiqat Avropa çempionu oldu

Cəmiyyət
31 oktyabr 2026, 15:37

Palçığa batan kənd: Bu yoldan kim keçə bilər?

Cəmiyyət
31 oktyabr 2026, 14:45

Zaqatalada qaz olmayacaq

Hadisə
31 oktyabr 2026, 14:00

Şəkidə icra nümayəndəsi bələdiyyə sədrinin başına butulka çırpdı

Cəmiyyət
31 oktyabr 2026, 13:06

Qubanın məşhur alması təhlükədə: Fermerlər minlərlə manat zərərdədir

Cəmiyyət
31 oktyabr 2026, 12:38

Qubada bu məktəb və bağçaların adları dəyişdirilib

Hadisə
31 oktyabr 2026, 11:41

Bakı-Quba yolunda ağır qəza: avtomobil aşdı

Cəmiyyət
31 oktyabr 2026, 11:01

Şahdağa qar yağıb

Cəmiyyət
31 oktyabr 2026, 10:25

SHXÇDX rəisi Qəbələdə vətəndaşları qəbul edəcək

İdman
31 oktyabr 2026, 09:31

"Qəbələ" "Qarabağ"la üz-üzə gələcək

Hadisə
31 oktyabr 2026, 00:01

Vətən müharibəsinin 35-ci günü: XRONİKA

İqtisadiyyat
30 oktyabr 2026, 17:51

Qəbələ və Ağsuda iri su layihələri həyata keçirilir - FOTO

Faydalı
30 oktyabr 2026, 17:47

Dövlətdən dəstək alan Vətən müharibəsi iştirakçısı Qubada biznesini genişləndirib

Bütün xəbərlər
30 oktyabr 2026, 16:53

Şəkidə avtomobil aşdı

Cəmiyyət
30 oktyabr 2026, 16:20

"Shimal.News" yazdı, qurumlar hərəkətə keçdi

Faydalı
30 oktyabr 2026, 15:21

Bakı-Balakən qatarı BU TARİXDƏN yenidən fəaliyyətə başlayır

Kriminal
30 oktyabr 2026, 14:21

Qaxda silsilə oğurluq edən şəxs tutulub

Cəmiyyət
30 oktyabr 2026, 14:00

Noyabrda Şimalın havası necə olacaq?

Cəmiyyət
30 oktyabr 2026, 13:00

Qurumlar susdu, Qubada sakinlər yararsız yolu öz hesablarına təmir etdilər

Cəmiyyət
30 oktyabr 2026, 12:12

Şimalın bu rayonlarında istilik mövsümü başlayır - Siyahı

Kriminal
30 oktyabr 2026, 11:08

Tibbi müayinə avtobus sürücüsünü İFŞA ETDİ

Oxşar xəbərlər