Qida Təhlükəsizliyi Agentliyi İsmayıllı şəhərində heyvan kəsimi məntəqələrində yoxlamalar keçirib. Bu haqda ShimalNews 1 dekabr tarixində agentliyə istinadən məlumat verir.
Aparılan monitorinq nəticəsində Cavanşir küçəsində yerləşən ət satışı məntəqəsində nöqsanlar aşkar olunub.
Qanun pozuntusu ilə bağlı Anar Zülfiqarov barəsində inzibati protokol tərtib edilib.