Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi İsmayıllıda “Açıq qapı” günü keçirəcək. Bu barədə ShimalNews 19 fevral tarixində məlumat verir.
Tədbir 28 fevral saat 10:00-dan 17:00-dək davam edəcək. Psixoloq, sosial işçi və hüquqşünasların dəstəyindən yararlanmaq istəyənlər müraciət edə bilərlər.
“Açıq qapı” günü Dövlət Komitəsinin Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən psixoloq, sosial işçi və hüquqşünasların iştirakı ilə keçiriləcəkdir.
Ünvan: A.Aslanov küçəsi, 6.
Əlaqə telefonu: (02028) 5-10-46 və (02028) 5-14-46.