Bu gün İsmayıllı rayonunun Bizlan kəndində intihar baş verib. Bu haqda ShimalNews 6 iyun tarixində Modern.az-a istinadən xəbər verir.
Hadisə saat 13:00 radələrində qeydə alınıb. 72 yaşlı sakin Ərkinaz Hümbətova yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü kəndirlə asıb.
Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları həmin ərazidədirlər.
Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.