İsmayıllının Kürdmaşı kənd sakini evdən çıxıb və yaxınları ilə əlaqəsi kəsilib. Bu haqda ShimalNews 24 may tarixində məlumat verir.
Bildirilib ki, 26 yaşlı Əli Qasımov mayın 23-ü saat 17:00 radələrində kəndin yaxınlığında olan gölə çimmək üçün gedib. Həmin vaxtdan onunla ailə üzvlərinin əlaqəsi kəsilib.