İsmayıllıda 8 Noyabr - Zəfər Günü münasibətilə konsert keçirilib. Bu haqda ShimalNews 7 noyabr tarixində RİH-yə istinadən məlumat verir.
Ümumrayon tədbiri Mədəniyyət Nazirliyi və İsmayıllı RİH-nin təşkilatçılığı ilə baş tutub. Mərkəzi meydanda Vətənə, orduya, bayrağa həsr olunmuş şeirlər, musiqilər səsləndirilib.
Konsertdə RİH başçısı və digər məsul şəxslər, qazilər və şəhid ailələri iştirak ediblər.