İsmayıllıda uşaqlar üçün bayram şənliyi təşkil edilib. Bu barədə ShimalNews 28 dekabr tarixində RİH-yə istinadən məlumat verir.
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təşkil edilən tədbir Rayon İcra Hakimiyyəti tərəfindən təşkil edilib. İsmayıllı Uşaq-Gənclər Mərkəzi nəzdində fəaliyyət göstərən dərnək üzvləri “Qış nağılı” adlı əyləncəli tamaşa nümayiş ediblər. Daha sonra 1, 2 və 3 saylı bağçaların uşaqları şən mahnılar səsləndiriblər. Sonda Şaxta baba və Qar qız, nağıl personajları kiçik yaşlı tamaşaçılarla görüşə gəliblər və uşaqlara hədiyyələr paylayıblar.