İsmayıllıda 20 Yanvar faciəsinin 34-cü ildönümü münasibətilə tədbir keçirilib. Bu haqda ShimalNews 20 yanvar tarixində məlumat verir.
Ümumxalq Hüzn Günündə rayon sakinləri Şəhidlər xiyabanını ziyarət ediblər. Tədbirdə icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, habelə ictimaiyyət nümayəndələri iştirak ediblər.
Rayon ərazisində saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunaraq, nəqliyyat vasitələrindən səs siqnalları verilib.