“İsmayıllı Tikinti-27” Açıq Səhmdar Cəmiyyəti (ASC) "Yuxarı Baş" Milli Tarix Memarlıq Qoruğunun ərazisində inşaat işləri aparacaq. Bu haqda ShimalNews 17 noyabr tarixində “FED.az”a istinadən məlumat verir.
Şəki şəhərində yerləşən qoruqda tikinti və yenidənqurma (II mərhələ) işlərinin satın alınması tenderinin nəticələri elan edilib. ASC ilə bağlanan müqavilənin maliyyə dəyəri 1.309.805 AZN-dir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, adıçəkilən şirkət 5 iyun 1999-cu ildə qeydiyyata alınıb.