İsmayıllıda tələbələr üçün ilk dəfə TEDx üslubunda seminar keçirilib. Bu haqda 15 aprel tarixində ShimalNews məlumat verir.
Dövlət Peşə Təhsil Mərkəzində baş tutan görüşün spikerləri Ülvi Şamilov, Gülbaxça Məhərrəmova, Ülvi Osmanlı və Taleh Həsənli öz çıxışlarında bir sıra mövzuları əhatə ediblər.
Seminarın keçirilməsində əsas məqsəd gəncləri peşəkar inkişafa ilhamlandırmaq və motivə etmək, yeni fikirlər və yaradıcı həllər tapmağa dəstək olmaqdan ibarət olub.