İsmayıllıda icra başçısı Nahid Bağırov sakinlərlə görüşüb. Bu barədə ShimalNews 2 fevral tarixində məlumat verir.
Tədbir 5 saylı tam orta məktəbdə keçirilib. Burada dövlət qurumlarının nümayəndələri də iştirak ediblər. Vətəndaşları narahat edən ümumi məsələlər məsul şəxslərlə birgə araşdırılıb. Sakinlərin müraciətləri ilə bağlı müvafiq tapşırıqlar verilib.