İsmayıllıda icra başçısı Nahid Bağırov sakinlərlə görüşüb. Bu barədə ShimalNews 26 yanvar tarixində məlumat verir.
Tədbir Olimpiya İdman Kompleksində keçirilib. Burada dövlət qurumlarının nümayəndələri də iştirak ediblər. Vətəndaşları narahat edən ümumi məsələlər məsul şəxslərlə birgə araşdırılıb.
Sakinlərin müraciətləri ilə bağlı müvafiq tapşırıqlar verilib.