İsmayıllıda icra başçısı Nahid Bağırov növbəti səyyar qəbulu Zoğallıq kəndində keçirib. Bu barədə ShimalNews 17 noyabr tarixində məlumat verir.
Burada dövlət qurumlarının nümayəndələri də iştirak ediblər. Vətəndaşları narahat edən ümumi məsələlər məsul şəxslərlə birgə araşdırılıb.
Sakinlərin müraciətləri ilə bağlı müvafiq tapşırıqlar verilib.