“Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov İsmayıllı sakinləri ilə görüş keçirəcək. Bu haqda ShimalNews 14 dekabr tarixində məlumat verir.
Qəbul dekabrın 16-sı, saat 10:00-da Ağsu şəhərində keçiriləcək. Vətəndaşlar iştirak üçün Ağsu və İsmayıllı Sukanal sahələrinə, həmçinin 431-47-67 (daxili: 22-92, 22-93) nömrəsi və [email protected] elektron poçtu vasitəsilə müraciət edə bilərlər.