İsmayıllıdan olan tanınmış şair Baba Vəziroğlu ədəbiyyatın inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şərəf” ordeni alıb. Bu barədə ShimalNews 6 fevral tarixində məlumat verir.
Mərasimdə Mədəniyyət naziri Adil Kərimli 70 illik yubileyi və yüksək dövlət təltifi münasibətilə Baba Vəziroğluna təbriklərini çatdırıb. Yubilyar yaradıcılığına verilən qiymətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Sonda xatirə şəkli çəkdirilib.