İsmayıllı şəhərində kreativ şam ağacı qurulub. Bu haqda ShimalNews 29 dekabr tarixində məlumat verir.
6 saylı tam orta məktəbin şagirdləri tarix müəllimləri Ülkər Süleymanovanın təşəbbüsü ilə il ərzində oxuduqları kitabları bir araya gətirərək, həmrəylik nümayiş etdiriblər. Şam ağacının hazırlanmasında 3000-ə yaxın kitab istifadə edilib.
"İl ərzində oxuduğumuz kitablar" adlı layihə çərçivəsində keçirilən tədbirin məqsədi gənclərdə kitab oxumaq vərdişini inkişaf etdirməkdir.