Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri İsmayıllı rayon sakinlərini qəbul edəcək. Bu barədə ShimalNews 3 dekabr tarixində məlumat verir.
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Rövşən Rzayev dekabrın 14-ü saat 10:00-da Qəbələ rayonunda vətəndaşları qəbul edəcək. Qəbulda İsmayıllı, Qəbələ və Oğuz rayonları sakinlərinin müraciətləri dinləniləcək.
Görüşdə iştirak etmək istəyən vətəndaşlar Dövlət Komitəsinin “1657-Qaynar xətt” və ya (012) 431-61-81 nömrələri ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.