İsmayıllının icra başçısı Kürdeldarbəyli kəndində sakinləri qəbul edib. Bu barədə ShimalNews 26 aprel tarixində RİH-yə istinadən məlumat verir.
Görüş zamanı Nahid Bağırov vətəndaşların müraciət və təkliflərini dinləyib. Onların ünvanladıqları məsələlərin həlli üçün tədbirlər görüləcəyi diqqətə çatdırılıb.
Tədbirdə RİH-nin əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri və xidmət təşkilatlarının məsul şəxsləri iştirak ediblər.