İsmayıllının icra başçısı Nahid Bağırov Diyallı kəndində sakinlərlə görüş keçirib. Bu barədə ShimalNews 9 dekabr tarixində İcra Hakimiyyətinə istinadən məlumat verir.
Qəbulda Güyüm və Sədiyan kəndlərindən olan sakinlər də iştirak ediblər. Onların müraciət və təklifləri dinlənilib. Vətəndaşların qayğılarının daim diqqətdə saxlanıldığı bildirilib.
Görüşdə RİH-nin əməkdaşları, aidiyyəti idarə və təşkilat rəhbərləri iştirak ediblər. Onlar qaldırılan məsələlərin həlli ilə bağlı tədbirləri müəyyənləşdiriblər.