İsmayıllı Rayon İcra Hakimiyyəti növbəti səyyar vətəndaş qəbulu keçirib. Bu haqda ShimalNews 19 yanvar tarixində RİH-yə istinadən məlumat verir.
Görüş Qurbanəfəndi kəndində baş tutub. Sakinlərin ümumi çətinlikləri müzakirə edilib, onların arzu və təklifləri dinlənilib, araşdırma tələb edən müraciətləri qeydiyyata alınıb.