İsmayıllıda dövlət qulluğunda çalışmaq istəyən rayonun gənc kadrları ilə görüş keçirilib. Bu haqda ShimalNews 28 oktyabr tarixində RİH-yə istinadən məlumat verir.
Rayon İcra Hakimiyyətinin başçısı söhbət zamanı Azərbaycanın qarşısına qoyduğu hədəflərə nail olunmasında və dövlətin uğurlu idarəedilməsində peşəkar, bacarıqlı, savadlı kadrlara ehtiyac olduğunu bildirib. Nahid Bağırov, eyni zamanda yeni kadrların üzərinə çox böyük məsuliyyət düşdüyünü qeyd edib.