İsmayıllı rayonunda Birinci Qarabağ müharibəsi qazisi əməliyyat olunub. Bu haqda ShimalNews 11 dekabr tarixində məlumat verir.
Mina partlaması nəticəsində xəsarət alan Fərman Səmədov sağ baldırın yuxarı 1/3 nahiyəsindən başlayaraq pəncə nahiyəsinə kimi çoxsaylı qəlpə yaralanmasına məruz qalıb.
Ağrılarının çoxalması səbəbindən qazi İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Ümumi həkim-cərrah, tibb üzrə fəlsəfə doktoru Elçin Ramazanovun keçirdiyi əməliyyat nəticəsində Fərmanın bədənindən 3 qəlpə çıxarılıb.
Hal-hazırda qazinin vəziyyəti qənaətbəxşdir.