İsmayıllı rayonunda təmizlik aksiyası keçirilib. Bu haqda ShimalNews 25 may tarixində məlumat verir.
Tədbir Sumağallı kəndinin yaxınlığında yerləşən Qalınçaq meşəbəyliyinin 19 saylı dolayında təşkil edilib. Aksiyada RİH-nin, 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, Meşələrin İnkişafı Xidmətinin 6 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin, Şahdağ Milli Parkının, Şirvan Regional Hidrometeorologiya Müəssisəsinin və Sumağallı Bələdiyyəsinin əməkdaşları, o cümlədən İsmayıllı gəncləri aktiv iştirak ediblər.
Toplanmış tullantılar xüsusi nəqliyyat vasitəsilə Poliqona daşınıb.