İsmayıllı şəhəri ərazisində yerləşən qəbiristanlıqdan oğurluq etmək istəyən şəxs saxlanılıb. Bu barədə ShimalNews 24 dekabr tarixində Daxili İşlər Nazirliyinin səhifəsinə istinadən məlumat verir.
Hadisə dekabrın 23-ü baş verib. Şəhər sakini, əvvəllər məhkum olunmuş E.Ziliyev məzarların ətrafına çəkilmiş 16 ədəd dəmir barmaqlıqları söküb və “Hyundai” markalı avtomobili ilə aparmaq istəyib.
Araşdırma aparılır.