İsmayıllı rayonunun icra başçısı rayon sakinlərinin müraciətlərini dinləyib. Bu barədə ShimalNews 30 noyabr tarixində quruma istinadən məlumat verir.
Görüşdə rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər. Qaldırılan məsələlər arasında icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində olan problemlər yerində həll olunub. Digərlərinin həlli üçün isə müvafiq tapşırıqlar verilib.
Qəbul zamanı şəhid ailələri, qazilərin, müharibə iştirakçılarının müraciətləri növbədənkənar dinlənilib.