İsmayıllıda 15 İyun – Milli Qurtuluş Günü ilə bağlı tədbir baş tutub. Bu haqda 14 iyun tarixində ShimalNews Regional Mədəniyyət İdarəsinə istinadən məlumat verir.
Bayram tədbirində hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, idarə, müəssisə və təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Sonra ümummilli lider Heydər Əliyevə həsr olunmuş fotosərgiyə baxış keçirilib. Daha sonra Heydər Əliyevə və 15 İyun - Milli Qurtuluş Gününə həsr edilmiş filmə baxılıb.
Tədbir rayon Mədəniyyət Mərkəzinin hazırladığı konsert proqramı ilə yekunlaşıb.