Şahdağ Milli Parkının yaranması günü münasibəti ilə tədbir keçirilib. Bu barədə ShimalNews 9 dekabr tarixində məlumat verir.
Parkın İsmayıllı bölməsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional bölmələrinin, meşə təsərrüfatının əməkdaşları, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin müəllim və tələbə kollektivinin iştirakı ilə tarixi gün qeyd olunub.
Ərazi ətraf mühitin mühafizəsi, bioloji müxtəlifliyin qorunub saxlanılması və ekoturizmin inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 8 dekabr tarixli Sərəncamı ilə yaradılıb.