İsmayıllı rayonunda Novruz bayramı münasibətilə tədbir keçiriləcək. Bu haqda ShimalNews 17 mart tarixində RİH-yə istinadən məlumat verir.
Bayram şənliyi Mərkəzi meydanda martın 19-u saat 15:00-da başlayacaq. İsmayıllılar və şəhərin qonaqları üçün tanınmış ifaçılar Nəfəs, Vəfa və Zeynəb sevilən mahnılarını səsləndirəcəklər. Konsertin aparıcısı Mehin Hümbətova olacaq.
Hər kəs dəvətlidir.