İsmayıllı rayonunda məktəblilər arasında bədii qiraət müsabiqəsi keçirilib. Bu haqda ShimalNews 18 yanvar tarixində məlumat verir.
20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr olunmuş tədbir Heydər Əliyev Mərkəzində təşkil edilib. Vətənpərvərlik mövzularında şeirlər səsləndirən məktəblilər münsiflər heyəti tərəfindən qiymətləndiriliblər. Ən yüksək bal toplayanlar qalib gələrək Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin və Dağlıq Şirvan Regional Təhsil İdarəsinin diplomları, fəxri fərmanları ilə mükafatlandırılıblar.
Tədbirdə İsmayıllı RİH-nin məsul əməkdaşı Bəhruz Xələfov, DŞR Gənclər və İdman İdarəsinin rəis müavini Fərhad Qurbanov və idarə əməkdaşları, İsmayıllı rayon Heydər Əliyev Mərkəzinin direktoru Mayıl Fərəcov, DŞ RT sektorunun metodisti Ülviyyə Zeynalova, “İsmayıllı xəbərləri” qəzetinin redaktoru Şahməmməd Dağlaroğlu, müəllimlər və məktəblilər iştirak ediblər.