Koreyadan olan qonaqlar İsmayıllı rayon Heydər Əliyev Mərkəzini virtual ziyarət ediblər. Bu haqda ShimalNews 29 noyabr tarixində İsmayıllı Regional Mədəniyyət İdarəsinə istinadən məlumat verir.
Bu ekskursiyanın təşəbbüsü mərkəz tərəfindən irəli sürülüb. Əcnəbilər tədbir çərçivəsində, eləcə də Heydər Əliyev irsi haqqında geniş məlumatlandırılıblar.