İsmayıllı rayonunda Milad bayramı qeyd edilib. Bu haqda ShimalNews 8 yanvar tarixində RİH-yə istinadən məlumat verir.
Tədbir İvanovka kəndində yerləşən "Molokan-ruhani-xristian" dini icmasına məxsus ibadət evində baş tutub. Dini heyət Həzrəti İsanın mövludu ilə bağlı ayinlər icra edib. Həmçinin Vətən müharibəsi şəhidlərinin ruhuna dualar oxunub.