İsmayıllıda gənclər üçün karyera günü keçirilib. Bu haqda 18 aprel tarixində ShimalNews Dövlət Peşə Təhsil Mərkəzinə istinadən məlumat verir.
Tədbir qonaqpərvərlik sahəsində işaxtaranlar və məzun olacaq tələbələr üçün İsmayıllı “Resort Hotel”də keçirilib. Karyera günündə ev sahibliyi edən istirahət mərkəzinin direktoru Anar İsrafilov iştirakçılara hoteldə perspektiv iş imkanları, mövcud iş yerləri və fəaliyyət sahələri haqqında məlumat verib.