İsmayıllıda ikimərtəbəli evdə yanğın baş verib. Bu haqda ShimalNews 19 dekabr tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.
Hadisə rayonun Kürdmaşı kəndində baş verib. Burada ümumi sahəsi 400 kv.m olan evin 2-ci mərtəbəsində 1 otağın 10 kv.m sahədə yanar konstruksiyaları və 1 ədəd yataq dəsti yanıb.
Yanğın FHN-in əməkdaşları tərəfindən söndürülüb.