İsmayıllı Rayon İcra Hakimiyyəti aparatının Gəraybəyli kənd İƏD üzrə nümayəndəsi Rüstəm Babayev vəfat edib. Bu barədə ShimalNews 31 may tarixində məlumat verir.
Mərhum 8 iyul 1970-ci ildə Xəlilli kəndində anadan olub. O, 27 avqust 2001-ci ildən 30 may 2024-cü ilədək İsmayıllı Rayon İcra Hakimiyyəti aparatının Gəraybəyli kənd İƏD üzrə nümayəndəsi vəzifəsində çalışıb, 2-ci dərəcə dövlət qulluqçusu olub.