İsmayıllının icra başçısı sakinləri qəbul edib. Bu barədə ShimalNews 20 aprel tarixində İcra Hakimiyyətinə istinadən məlumat verir.
7 saylı tam orta məktəbdə keçirilən görüşdə Nahid Bağırov vətəndaşların müraciət və təkliflərini dinləyib. Onların ünvanladıqları məsələlərin həlli üçün tədbirlər görüləcəyi diqqətə çatdırılıb.
Tədbirdə RİH-nin əməkdaşları, rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər. N.Bağırov onlara sakinlərin qaldırdıqları məsələlərin operativ həllinin vacib olduğunu bildirib.