İsmayıllı rayon Heydər Əliyev Mərkəzində Heydər Əliyevin anım günü münasibətilə ekskursiyalar keçirilir. Bu barədə ShimalNews 7 dekabr tarixində mərkəzə istinadən məlumat verir.
Bu gün mərkəzə A.Aslanov adına 2 saylı tam orta məktəbin şagird heyəti qonaq gəlib. Məktəblilərə Ekspozisiya zalında yerləşən eksponatlar və Heydər Əliyevin həyat yolu haqqında geniş məlumat verilib.
Bundan əlavə, uşaqlar mərkəzin foyesində təşkil edilən sərgi ilə yaxından tanış olublar.