İsmayıllı rayonunda təhsil alan Emil Ağamirzəyev “History of world countries” (Dünya ölkələrinin tarixi) adlı beynəlxalq elm müsabiqəsində fərqlənib. Bu haqda ShimalNews 29 yanvar tarixində məlumat verir.
Yarışda 52 ölkədən 2345 şagird iştirak edib. Emil ilk onluqda VIII yerin sahibi olub.
Emil bundan öncə də beynəlxalq olimpiadalarda Türkiyədə 6-cı, Qazaxıstanda və Serbiyada 4-cü yerləri tutub. O, eləcə də Danimarkanın ən böyük liseylərindən birinə qəbul olunub.