İsmayıllıda "Gəlin birlikdə qaçaq!" şüarı altında idman tədbiri keçiriləcək. Bu barədə ShimalNews 5 oktyabr tarixində İsmayıllı Gİİ-yə istinadən məlumat verir.
İdmanın inkişafına dəstək olmaq və gələcək nəsillərə dayanıqlı inkişaf yolunda töhfə vermək məqsədilə 5km-lik sağlamlıq marafonu təşkil ediləcək. Yarışda kişi və qadın kateqoriyaları üzrə qalib gələnlər mükafatlandırılacaqlar.
Marafon 9 oktyabr saat 12:00-da İsmayıllı şəhərində baş tutacaq. Ətraflı məlumat üçün (055) 481-85-37 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.