İsmayıllıdan olan tələbələr paytaxtda təşkil edilən “Bir Peşənin Sirri” festivalında iştirak ediblər. Bu haqda 12 iyun tarixində ShimalNews məlumat verir.
Festivalda İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin xalça, dərzi, geyim üzrə dizayner, aşpaz və turizm sahəsində iaşə üzrə mütəxəssis, elektrik qaz qaynaqçısı ixtisaslarında təhsil alan tələbələrinin əl işləri sərgilənib. Bundan əlavə, aşpaz ixtisası üzrə təhsil alan tələbələr masterklas keçiblər.