İsmayıllıdan olan gənc “Ən fəal gənc” adını qazanıb. Bu haqda ShimalNews 28 noyabr tarixində məlumat verir.
Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və Gənclər Fondunun birgə təşkilatçılığı ilə təşkil edilən “Gənc Fest” festivalı başa çatıb. Avropa Oyunları Parkında dörd gün davam edən tədbirdə Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşı Bədəlova Aybəniz xanımlar arasında “Ən fəal gənc” seçilib.