İsmayıllı rayonunda şagirdlərə narkomaniyanın zərərləri haqqında danışılıb. Bu haqda ShimalNews 1 dekabr tarixində məlumat verir.
Diyallı kənd tam orta məktəbində keçirilən tədbirdə RPŞ-nin rəisi polis polkovniki Şəmşir Kazımov və digər polis əməkdaşları narkotik vasitələrin insan sağlamlığına, cəmiyyətə vurduğu zərərlərdən danışıblar. Məktəblilər narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə tədbirləri barədə məlumatlandırılıblar.