İsmayıllıda 2 sahibkar cərimələnib. Bu barədə ShimalNews 30 sentyabr tarixində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən məlumat verir.
Qida sahəsində fəaliyyət göstərən obyektlərdə həyata keçirilən planlı və plandankənar yoxlamalar zamanı obyektlərdə bir sıra nöqsanlar müəyyən olunub. Qanun pozuntusu aşkar edilmiş müəssisələr aşağıdakılardır:
| № | Sahibkarlıq subyekti | Ünvan | Fəaliyyət sahəsi | Aşkar olunan nöqsanlar | Görülən tədbir |
| İctimai iaşə obyektləri | |||||
| 1 | Kənan Səfərov | İsmayıllı rayonu, Talıstan kəndi | Çay evi | Müəssisədə sanitar norma və qaydaların pozulması | İnzibati protokol tərtib olunub |
| 2 | Validə Əliyeva | İsmayıllı rayonu, Lahic qəsəbəsi | "Ağdam" çayxanası | Müəssisədə sanitar norma və qaydaların pozulması | İnzibati protokol tərtib olunub |