İsmayıllı rayonunda heyvan kəsimi məntəqələrində yoxlamalar aparılıb. Bu haqda 21 aprel tarixində ShimalNews Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən məlumat verir.
Agentlik əməkdaşları tərəfindən Bizlan kəndi ərazisində fəaliyyət göstərən 2 heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar tapılıb. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar adı çəkilən müəssisələrin sahibləri Mehrab Cəfərov və Zaur Hümbətovla bağlı inzibati tədbir görülüb.