top
İslamda cümə axşamı və 40 mərasimi yoxdur - Şeyxin müavini
29 yanvar 2025, 17:55
- ↺ +

İslamda cümə axşamı və 40 mərasimi yoxdur - Şeyxin müavini

Füzuli rayonunda vəfat edən mərhumların yas mərasimlərinə daxil olan cümə axşamlarının ləğv edilməsi bu məsələyə dair müzakirə yaradıb. Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin son iclasında da yas mərasimindəki bəzi addımlardan danışılıb.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Bəxtiyar Nəcəfov Modern.аz-a yas mərasimləri ilə bağlı mövzudan danışıb.

O bildirib ki, İslamda ilk gündən ölüyə 3 gün yas saxlanılıb.

Müsahibimizin sözlərinə görə, Qafqaz Müsəlmanlar İdarəsinin Qazılar Şurası yas mərasimlərinin sadələşdirilmiş formada və israfsız keçirilməsi ilə bağlı fətva verib.

“İslamın ilk günlərindən ölü üçün 3 gün yas saxlanılıb. Cümə axşamları, 40 kimi mərasimləri zamanla formalaşdırmışıq. Nə vaxtsa bəlkə də cümə axşamlarına ehtiyac varmış. Çünki biz 70 il Sovet İttifaqının tərkibində yaşamışıq. Allahdan, Qurandan bizi kənarda saxlayıblar, öz dinimizlə maraqlanmağa qoymayıblar. Cümə axşamları dindarlığın saxlanılması, dinimizin təbliği üçün vasitə olub. Yəni din adamları heç olmasa yas mərasimlərində Allahın ayələrini çatdırmağa çalışıblar. Ola bilsin ki, o zaman cümə axşamlarına ehtiyac var idi. Amma indi şükür Allaha, elm inkişaf edib, İlahiyyat İnstitutumuz, alimlərimiz var. Sosial şəbəkələrdə hər kəs dindən danışa bilər. Hamı dini məlumatları sürətli formada əldə edə bilir. Onun üçün də artıq cümə axşamları mərasimləri ixtisara salınsa, daha yaxşı olar. Dinimiz də bunu bəyənir ki, 3 gün yas olsun”.

QMİ sədrinin müavini vurğulayıb ki, təkcə yasdakı deyil, toydakı israfdan da danışılmasına ehtiyac var:

"Bu gün onun tərəfdarıyıq ki, bəzi israfdankənar məclislərimizin İslama uyğun keçirilməsi, islami qaydalara uyğun təşkil olunması vacibdir. Allahdan arzumuz cəmiyyətdə olan müəyyən iqtisadi nöqteyi-nəzərdən israfçılıq olmamasıdır. Dinimizin gözəlliyi ondadır ki, zamanla ayaqlaşa bilir. İşlərimizi Quranın bizə buyurduğu kimi  etməliyik. Nəinki yas mərasimləri, bu elə bizim toylarımıza da aiddir. Orada daha çox israfçılıq var. Bir nəfər müğənniyə 15 min manat verib toya gətirirlər. Valideyn övladının xoşbəxtliyi üçün nə qədər xərc çəkir. Allah bütün gənclərimizi xoşbəxt eləsin! Bəli, yas mərasimlərində israfçılıq var. Lakin, eyni zamanda toylarda da israfçılıq baş alıb gedir. Biz QMi olaraq israfçılıq əleyhinəyik. Hər şey ixtisarlaşmış formada olsun. Amma dini dəyərlərimizə toxunmamaq şərti ilə. Dinimizin əsas ehkamlarına riayət edilməlidir".

 

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:35

Prezidentdən döyüş bayrağı alan qusarlı polkovnikə VƏZİFƏ VERİLİB

Cəmiyyət
Dünən, 22:57

Qaxda qəzaların ünvanı olan kəsişməyə 4 yeni işıqfor quraşdırıldı

Hadisə
Dünən, 21:04

Təbiətə 226 min manata yaxın ziyan vurdular

Hadisə
Dünən, 19:32

Xaçmazlı kişi otaq yoldaşının kartından pul oğurladı, borcunu bağladı

Cəmiyyət
Dünən, 17:48

Balaca fidanlar Xudatda şəhidlərimizin xatirəsini anıb - VIDEO

Hadisə
Dünən, 16:43

Bakı–Quba yolunda yük avtomobili qəzaya düşüb

Cəmiyyət
Dünən, 16:19

Nazir Quba və Qusar sakinlərini qəbul edib

Hadisə
Dünən, 15:22

Magistral yolda düzülən iri daşlar qəzaya səbəb olub - VIDEO

Kriminal
Dünən, 14:55

Zaqatalada keçmiş məhkumda 1,5 kiloqram narkotik aşkarlanıb

Cəmiyyət
Dünən, 14:20

Payızda yollarda diqqətli olun – Sürücülərə və piyadalara xəbərdarlıq

Cəmiyyət
Dünən, 13:52

Qubada fövqəladə vəziyyətə hazırlıq təlimi keçirilib

İqtisadiyyat
Dünən, 13:15

Hərbçilərin maaşları orta hesabla 22,8 faiz artırılacaq

Cəmiyyət
Dünən, 12:30

Siyəzən–Şabran marşrutu ilə bağlı narazılıq: Sərnişinlər çarəsiz qalıb

Cəmiyyət
Dünən, 12:03

Müəllimlərin qarşılıqlı yerdəyişməsi ilə bağlı tarix açıqlandı

Faydalı
Dünən, 11:30

Qubanın dağlarında gizlənən kənd: Qəbələyə gedən dağ yolu

Cəmiyyət
Dünən, 11:11

Şimalda "Bir damla qan, min ümidə can" aksiyası

Hadisə
Dünən, 10:49

Xaçmazda həssas təbəqədən olan azyaşlı xilas edilib

Hadisə
Dünən, 09:44

Xaçmazda ot tayasında kişi meyiti aşkarlandı

Cəmiyyət
Dünən, 09:01

Qəbələdə Laza yarımstansiyası yenidən qurulur

İqtisadiyyat
24 sentyabr 2026, 18:00

Qubada yolların təmirinə 1,7 milyon manat xərclənəcək

Cəmiyyət
24 sentyabr 2026, 17:04

Xaçmazda müəllim çatışmazlığı ilə bağlı problem aradan qaldırılıb

Hadisə
24 sentyabr 2026, 16:26

Qayınatasının evində yaşayan ağsulu kişi arvadını döydü - məhkəmədə barışdılar

Kriminal
24 sentyabr 2026, 15:00

Təyyarə qəzasında ölən qusarlı bacı-qardaşın ögey qardaşı sevgilsini öldürdü

İqtisadiyyat
24 sentyabr 2026, 14:00

Payızın çərəzləri bazarda - Qoz, fındıq, şabalıd və badam - VIDEO

Oxşar xəbərlər